Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ordumuzun sarsılmaz qələbə əzmini görən düşmən qaçmağa çalışırdı - Qazi Faiq Hüseynəliyev

Ordumuzun sarsılmaz qələbə əzmini görən düşmən qaçmağa çalışırdı - Qazi Faiq Hüseynəliyev

Tarix: 18 Dekabr 2020 13:20

Rəşadətli Azərbaycan Ordusu ikinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə müasir hərb tarixi üçün nümunə olan əsl qəhrəmanlıq dastanı yazdı, Böyük Qələbə qazandı. Azərbaycanın igid övladları işğalçı Ermənistan ordusunu 44 gün ərzində darmadağın edərək düşməni torpaqlarımızdan qovdular. Cəsur Vətən övladları doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşaraq əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək yaralanan igidlərimizdən biri də Qusar rayonunda anadan olmuş Faiq Hüseynəliyevdir.

Sonxeber.net bildirir ki, hazırda Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alan Faiq Hüseynəliyev AZƏRTAC-ın müxbiri ilə söhbətində Vətən müharibəsi başlayan gündən - sentyabrın 27-dən ön xəttə yollandığını, Tərtər, Ağdam, Hadrut, Cəbrayıl, Qubadlı, Zəngilan və Kəlbəcər uğrunda döyüşlərdə iştirak etdiyini bildirib: "Kəlbəcər istiqamətində gedən döyüşlərdə yaralandım. Lakin yaram yüngül olduğundan döyüş meydanını tərk etmədim. Çünki hər bir əsgər və zabitimiz Vətən uğrunda son damla qanına qədər döyüşmək əzmində idi. Məhz Ordumuzun bu sarsılmaz əzmini, yüksək əhval-ruhiyyəsini və vətənpərvərliyini görən düşmən hərbçiləri Azərbaycan əsgərlərini görən kimi qaçmağa üz tuturdu. Ordumuz isə uğurla irəliləyir, kəndləri, qəsəbələri, şəhərləri bir-birinin ardınca işğaldan azad edirdi".

Aldığı yara nəticəsində sol ayağını dizdən aşağı itirdiyini vurğulayan cəsur hərbçimiz deyib: "Düşmənin növbəti atəşi zamanı mən də gülləyə tuş gəldim. Özümə gələndə ayağım sanki mənim deyildi. Üç gün köməksiz vəziyyətdə qaldım. Artıq ölümü gözə almışdım və həyata "Əlvida!" deməyə hazırlaşırdım. Görünür, şəhidlik zirvəsinə ucalmaq qismətimdə yox imiş. Allah Vətən uğrunda həlak olanların ruhunu şad, yerini behiştlik etsin. Gələcək nəsillər canlarını bu müqəddəs yolda - Vətənimizin azadlığı, xalqımızın xoşbəxtliyi uğrunda fəda edənləri heç vaxt unutmayacaq".


Etiketlər:  Ordumuzun sarsılmaz qələbə əzmini görən düşmən qaçmağa çalışırdı Qazi Faiq Hüseynəliyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ