Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanın vasitəçiliyi ilə Bakı ilə Yerevan arasında əldə olunmuş atəşkəs razılaşması ardıcıl həyata keçirilir - Putin

Rusiyanın vasitəçiliyi ilə Bakı ilə Yerevan arasında əldə olunmuş atəşkəs razılaşması ardıcıl həyata keçirilir - Putin

Tarix: 18 Dekabr 2020 14:56

Bakı. Trend:

Azərbaycan, Ermənistan və Rusiya arasındakı razılaşma ardıcıl olaraq həyata keçirilir, rus sülhməramlıları Dağlıq Qarabağdakı vəziyyətin gərginləşməməsi üçün hər şeyi edirlər.

Trend-in məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında deyib.

V.Putin Moskvanın Dağlıq Qarabağda sülhün bərqərar olması üçün vasitəçilik səyləri göstərərək ATƏT-in Minsk Qrupunda əldə olunmuş əsas razılaşmalara əməl etməyə çalışdığını vurğulayıb.

Rusiya Prezidentinin sözlərinə görə, hazırda Bakı ilə Yerevan arasında Rusiyanın vasitəçiliyi ilə bağlanmış atəşkəs ardıcıl olaraq həyata keçirilir.


Etiketlər:  Rusiyanın vasitəçiliyi ilə Bakı ilə Yerevan arasında əldə olunmuş atəşkəs razılaşması ardıcıl həyata keçirilir Putin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ