Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nikol Paşinyan MDB dövlət başçılarının sammitinə qatılmayıb

Nikol Paşinyan MDB dövlət başçılarının sammitinə qatılmayıb

Tarix: 18 Dekabr 2020 15:46

Ermənistan Baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının video-konfrans formatında keçirilən sammitində iştirak etmir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Baş nazirin mətbuat katibi Mane Gevorqyan deyib.

Mətbuat katibi bildirib ki, Baş nazirin sammitə qatılmamasının səbəbi onun atasının dəfni ilə əlaqədardır.

Qeyd edək ki, Nikol Paşinyanın atası Vova Paşinyan uzun sürən xəstəlikdən sonra dekabrın 16-da vəfat edib.

Milli.Az


Etiketlər:  Nikol Paşinyan dövlət başçılarının sammitinə qatılmayıb


RƏYLƏR