Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

NRYTN-nin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda Selcuk Bayraktar çıxış edəcək - VİDEO - FOTO

NRYTN-nin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda Selcuk Bayraktar çıxış edəcək - VİDEO - FOTO

Tarix: 18 Dekabr 2020 16:00

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və "FA International Trade Events" MMC-nin birgə təşkilatçılığı ilə "InnoWeek - İnnovasiya həftəsi 2020" çərçivəsində keçirilən "World Net Summit" beynəlxalq onlayn konfransı bu gün davam edəcək. (https://fb.me/e/3cp0RTK55)

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, bu gün də tədbirdə "Baykar Makina" şirkətinin texniki direktoru Selcuk Bayraktar yüksək texnologiyalar və innovasiyalar haqqında çıxış edəcək.

O, çıxışında startap ekosisteminin, o cümlədən hərbi milli sənaye hərəkatının inkişafında dronların əhəmiyyətli rolundan bəhs edəcək.

Xatırladaq ki, ölkəmizdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə 2018-ci ildən keçirilən beynəlxalq "InnoWeek - İnnovasiya həftəsi"​ çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərin əks olunduğu konfrans, forum və sərgilər təşkil olunur. Həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə innovasiya ekosistemi sürətlə inkişaf edir.

Milli.Az


Etiketlər:  NRYTN nin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda Selcuk Bayraktar çıxış edəcək VİDEO FOTO


RƏYLƏR