Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 20:15
ARB TV-də yayımlanan "Bazar-düzü" proqramının bugünkü çəkilişində Əməkdar artist Mətanət İsgəndərli ilə jurnalist Əfruzə Ağayeva arasında münaqişə yaranıb.
Sonxeber.net xəbər verir ki, efir zamanı jurnalistin "Vətənpərvərlikdən danışırsınız, amma müharibə vaxtı Türkiyədə konsert verdiniz" sözlərini deməsi Mətanət İsgəndərlini özündən çıxarıb. Ə.Ağayeva bildirib ki, bu sözlərdən sonra M.İsgəndərli ona hücum çəkərək döyməyə cəhd edib:
"Pandemiya ərəfəsində aztəminatlı ailələrə yardım edən müğənnilərlə bağlı sual ünvanlandı. Mən də bəzi sənətçilərin adlarını sadaladım. Mətanət İsgəndərlinin adını çəkmədim. Dedi, başına daş salmışam, mənim adımı niyə çəkmirsən? Cavab verdim ki, sizin xeyirxah bir əməlinizi görməmişəm. Hətta müharibə vaxtı Türkiyədə konsert verməyini xatırlatdım. Mənə hücum çəkib söyüş söydü. Rəhmətə gedən valideynlərimin ünvanına nalayiq ifadələr işlətdi".
Ə.Ağayeva məsələ ilə bağlı polisə şikayət edəcəyini bildirib.