Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2020 09:10
Ermənilər Şuşanın Böyük Qaladərəsi kəndinin ardınca Kiçik Qaladərəsini də tərk edir.
Kənd icmasının rəhbəri David Davtyan bu haqda yerli jurnalistlərə məlumat verib.
Sonxeber.net Bizimyol.info-ya istinadən xəbər verir ki, Azərbaycan silahlı qüvvələri kəndin lap yaxınlığında dayanıb. Davtyan müsahibəsində bundan çox narahat olduqlarını deyib.
"İnsanlar gedir. Qalanlar da getməyi düşünür. Bir mən qalmışam, bir də kənd direktoru. O tərəfdə azərbaycanlı əsgərlər bütün günü mahnı oxuyur, şənlənirlər. Bu da kənd sakinlərinə pis təsir edir".
Davtyan erməni əsgərlərin qalmadığını bildirib. Onun sözlərinə görə, bütün ümidi rus sülhməramlılarına bağlayıblar.