Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gizli fəaliyyət göstərən çayxananın icarədarı və müştərilər cərimələnib

Gizli fəaliyyət göstərən çayxananın icarədarı və müştərilər cərimələnib

Tarix: 19 Dekabr 2020 14:56

Mingəçevir şəhərində sərtləşdirilmiş karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çayxana aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən çayxananın işlədiyi məlum olub. Obyektə baxış zamanı ümumilikdə 15 nəfərin sərtləşdirilmiş karantin rejimi qaydalarını pozaraq orada olduqları aşkarlanıb.

İcarədar Zakir Paşayev və müştərilər Polis Şöbəsinə dəvət edilib. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.

Milli.Az


Etiketlər:  Gizli fəaliyyət göstərən çayxananın icarədarı müştərilər cərimələnib


RƏYLƏR