Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2020 13:04
"Yuventus"un hücumçusu Kriştianu Ronaldu A Seriyasının bombardirləri siyahısında birinci yerə yüksəlib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 13-cü turun "Parma"ya qarşı matçında (4:0) dubl edən 35 yaşlı hücumçu qollarının ümumi sayını 11-ə çatdırıb.
Bununla da o, "Milan"ın hücumçusu Zlatan İbrahimoviç və "İnter"in forvardı Romelu Lukakunu ötüb.
Qeyd edək ki, Ronaldu 2020-ci ildə "Yuventus"un heyətində 38 oyunda 40 qol vurub.