Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sol Yanım”la bağlı həqiqət ortaya çıxıb - FOTO

“Sol Yanım”la bağlı həqiqət ortaya çıxıb - FOTO

Tarix: 20 Dekabr 2020 17:40

Türkiyədə yeni yayımlanmağa başlayan "Sol Yanım" serialı ilə bağlı gerçək ortaya çıxıb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, ekran işində Asena obrazı üçün əvvəl aktrisa Hande Ataizi ilə razılığa gəlinərək müqavilə imzalanıb. Hətta serialın yay aylarında baş tutan çəkilişlərinin bir qismində Hande iştirak edib. Ona həvalə edilən obrazı canlandırıb.

Daha sonra film heyəti heç bir açıqlama etmədən Ataizi ilə iş birliyini bitirib. Həmin rol üçün aktrisa Defne Samyeli ilə müqavilə imzalanıb.

Qeyd edək ki, ekran işinin əsas rollarında Özge Yağız, Tolga Mendi, Cemre Baysel və Defne Samyeli kimi aktyor çəkilir. Serialda Serra və Selim adlı iki gəncin eşq hekayəsindən bəhs edilir.


Etiketlər:  Yanımla bağlı həqiqət ortaya çıxıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ