Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DİN vətəndaşlara xəbərdarlıq etdi

DİN vətəndaşlara xəbərdarlıq etdi

Tarix: 20 Dekabr 2020 21:16

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə ölkə rəhbərliyinin adına saxta hesablar açaraq insanları aldadan hesablarla bağlı vətəndaşlara xəbərdarlıq edib.

Sonxeber.net xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, sosial şəbəkələrdə ölkə rəhbərliyinin adına saxta hesablar yaradılmaqla həmin hesablarda müxtəlif saytların ünvanları ödənişli reklam edilməklə paylaşılır:

"Göstərilən ünvanlara daxil olduqda isə reklam saytlarına yönəldilir və daxil olmaq üçün qeydiyyat və kart məlumatları istənilir. Bu yolla, məlumatlarını daxil edən istifadəçilərin kart məlumatlarının oğurlanmasına cəhdlər olunur. Bununla əlaqədar, Daxili İşlər Nazirliyi və digər aidiyyatı dövlət qurumları məsələni nəzarətə götürərək araşdırmalara başlayıblar. Daxili İşlər Nazirliyi vətəndaşlarımızı belə saxta hesablara inanmamağa, sosial şəbəkələrdən istifadə edərkən ayıq-sayıq olmağa çağırır".


Etiketlər:  DİN vətəndaşlara xəbərdarlıq etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ