Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2020 07:12
Bakı. Trend:
Çində 2021-ci ilin fevral ayının 15-dək 50 milyon nəfər yeni növ koronavirusa (COVİD-19) qarşı vaksinasiya olunacaq.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Şanxayın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin əməkdaşı Tao Lina deyib.
T.Lina bildirib: "Çində vaksinin ilk partiyasını 50 milyon nəfər alacaq. Vaksinasiyanı fevralın 15-dək bitirmək nəzərdə tutulur".