Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hüsnü Mübarəkin oğlu Avropa İttifaqına qarşı məhkəmə iddiası qaldıracaq

Hüsnü Mübarəkin oğlu Avropa İttifaqına qarşı məhkəmə iddiası qaldıracaq

Tarix: 21 Dekabr 2020 20:52

Misirin mərhum Prezidenti Hüsnü Mübarəkin oğlu Alaa Mübarək Avropa İttifaqına (Aİ) qarşı məhkəmə iddiası qaldıracaq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, iddiada Aİ Şurasının 10 il əvvəl bu ailənin üzvlərinə tətbiq etdiyi sanksiyalara görə təzminat tələbi yer alıb.

Üç il əvvəl Avropa Ədalət Məhkəməsi sanksiyaları ləğv edib və Mübarək ailəsinin banklardakı hesablarını dondurub. Məhkəmənin qərarına əsasən, Misir hökuməti də adekvat qərarlar qəbul edib və onların yerli banklardakı vəsaitlərini satışa çıxarılması hüququ əldə edib. Misir məhkəməsi də, öz növbəsində, ailənin üzvlərinin maliyyə hesablarının dondurulması haqqında qərarı təsdiq edib.

Xatırladaq ki, Hüsnü Mübarək bu ilin fevralında uzun sürən xəstəlikdən sonra 92 yaşında vəfat edib. Təxminən 30 il ölkəyə başçılıq edən siyasətçi 2011-ci ildə "ərəb baharı" dövründə hakimiyyətdən uzaqlaşdırılmış və həbs edilmişdi. Ona qarşı korrupsiya ittihamı da irəli sürülmüşdü.

Misirli hüquqşünaslar Mübarək ailəsinin Aİ-yə qarşı məhkəmə iddiasını udmaq şansının çox az olduğu qənaətindədirlər. Ən yaxşı halda, ölkə banklarında olan maliyyə vəsaitlərinin bir hissəsi qaytarıla bilər.


Etiketlər:  Hüsnü Mübarəkin oğlu Avropa İttifaqına qarşı məhkəmə iddiası qaldıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ