Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Trend-in baş redaktoru koronavirusa yoluxub, vəziyyəti ağırdır

Trend-in baş redaktoru koronavirusa yoluxub, vəziyyəti ağırdır

Tarix: 22 Dekabr 2020 11:08

Bakı. Samir Əli - Trend:

Trend Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Rufiz Hafizoğlu (Rəhimov) koronavirusa yoluxub.

Trend-in məlumatına görə, baş redaktor Bakıda fəaliyyət göstərən "Yeni Klinika"ya yerləşdirilib.

Klinikanın müalicə həkimi sözlərinə görə, dünən R. Hafizoğlunun vəziyyəti son dərəcə ağırlaşıb, saturasiya göstəricsi 55 faizə düşüb. O, klinikanın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək.

Növbəti dəfə vətəndaşlarımızı koronavirusa qarşı diqqətli olmağa, karantin qaydalarına ciddi əməl etməyə çağrırıq. Bütün dünyanın cənginə almış bu virusla mübarizə aparmaq üçün əsas qaydalar maskadan istifadə etmək, sosial məsafə saxlamaq və dezinfeksiya vasitələrindən istifadə etməkdir.

Özünüzü və ətrafınızı qorumaq üçün xəstəliyin ilkin simptomlarını hiss edərkən evdə qalmalı və dərhal həkimə müraciət etməlisiniz.


Etiketlər:  Trend in baş redaktoru koronavirusa yoluxub vəziyyəti ağırdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ