Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda bu qanun layihəsi ləğv edildi

Azərbaycanda bu qanun layihəsi ləğv edildi

Tarix: 22 Dekabr 2020 11:39

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda “Şərti maliyyə vahidi haqqında” qanun ləğv edilib.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Müzakirələrdən sonra qanunun ləğv edilməsi səsverməyə qoyularaq qəbul edilib.

Bu Qanun Azərbaycan Respublikasında aylıq əmək haqqının minimum məbləği əsasında hesablanan əmək haqlarının, dövlət rüsumlarının, birdəfəlik rüsumların, cərimələrin, maliyyə sanksiyalarının və digər ödənişlərin hesablanması qaydalarını müəyyən edir.


Etiketlər:  Azərbaycanda qanun layihəsi ləğv edildi


RƏYLƏR