Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2020 11:40
Şəhid dayısının uğrunda canından keçdiyi torpaqları azad etmək üçün könüllü yollandı cəbhəyə Məzdək. Gülə -gülə getdiyi o torpaqlarda döyüşərək şəhid oldu.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, 44 günlük Vətən müharibəsinin ən ağır döyüşlərinin getdiyi Füzuli torpaqlarında şəhidlik zirvəsinə yüksələn Məzdək Eyvazlının cəbhəyə gedəndə bir amalı vardı: şəhid dayısı İsfəndiyar Əsədovun qisasını almaq.
Füzuli rayonunun Seyidəhmədli kəndinin azad edilməsi üçün gedən döyüşlərə qatılan Məzdək Eyvazlı son döyüşündə qəhrəmancasına şəhid olub.
Şəhidin anası Gülnarə Eyvazova deyir ki, 26 fevralda anadan olan Məzdək hələ uşaqlıqdan Xocalı soyqırımını biləndən sonra doğum gününü heç vaxt qeyd etməyib. Cəbhəyə gedəndə isə 24 illik hədiyyəsini almış uşaq kimi sevincli olub.
Şəhid Məzdək Eyvazlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
Mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edirik: