Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Naxçıvana dəmiryolunun bərpası İranın Şimali Qafqaz və Avropaya daşımalarını artıracaq - Nazir

Naxçıvana dəmiryolunun bərpası İranın Şimali Qafqaz və Avropaya daşımalarını artıracaq - Nazir

Tarix: 22 Dekabr 2020 14:12

Bakı. Elnur Bağışov - Trend:

İran Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər əraziləri arasında dəmiryolu xəttinin bərpa olunması ilə Şimali Qafqaz və Avropaya yük və sərnişindaşımanı artıracaq.

Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Məhəmməd Eslami Şərqi Azərbaycan vilayətində Təbriz-Səhənd avtomagistral yolunun istismara verilməsi ilə əlaqədar tədbirdə deyib.

M.Eslaminin sözlərinə görə, bu dəmiryolu xətti İran üçün böyük əhəmiyyət kəsb edir.

O, əlavə edib ki, bununla əlaqədar İran, Azərbaycan və Rusiya arasında anlaşma əldə olunub.

“Bu dəmiryolunun davamı kimi İran ərazisində Təbriz-Xavəran dəmiryolu xəttinin birləşdirilməsi önəmli addımdır”.


Etiketlər:  Naxçıvana dəmiryolunun bərpası İranın Şimali Qafqaz Avropaya daşımalarını artıracaq Nazir


RƏYLƏR