Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2020 11:00
"Deyirdi ana narahat olma, hər şey yaxşı olacaq. Biz qabağa gedirik. Gələcəm tezliklə, sənə artıq gəlin lazımdır".
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Nicat Vətən müharibəsi başlayanda deyir ki, torpaqların azad olunmasında onun da payı olmalıdır: "Ana-bala deyildik biz onunla, dost idik. Hər sözümüzü deyirdik bir birimizə. Dedi ana, mənim yolumu kəsmə, xeyir-dua ver gedim. Mən də verdim. Mən hələ inanmıram. Elə bilirəm işdədi, gələcək. Məni aldadıb apardılar ki, yaralıdı. Gülə-gülə gedirdim uşağımı axtarmağa. Sonradan başa düşdüm ki, uşağım ölüb".
Nicat Abdullayev Cəbrayılın azad olunmasında igidliyi ilə fərqlənib. Zəngilan rayonu uğrunda gedən döyüşlərdə isə ən uca zirvəni - şəhidlik zirvəsini fəth edib.