Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycan istənilən riskin qarşısında güclü iqtisadiyyatı ilə durmağı bacarır'' - Ekspert

''Azərbaycan istənilən riskin qarşısında güclü iqtisadiyyatı ilə durmağı bacarır'' - Ekspert

Tarix: 23 Dekabr 2020 14:32

"21-ci əsrdə sürətlə inkişaf edən və yayılan informasiya və kommunikasiya texnologiyaları ölkələrin sosial-iqtisadi durumuna olduqca ciddi şəkildə təsir edir. Azərbaycan Respublikasının dinamik iqtisadi inkişafı da bütün sahələrdə böyük uğurların əldə edilməsini şərtləndirib".

Bunu Sonxeber.net-a açıqlamasında iqtisad elmləri üzrə fəlsəfə doktoru Elmir Səfərli deyib.

Ekspert bildirib ki, iqtisadi dayanaqlığın güclü olması iqtisadiyyatda baş verə biləcək dalğalanmaların qarşısını aldı:

"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi-iqtisadi inkişaf sayəsində, son illərdə Azərbaycan iqtisadiyyatı sürətli inkişaf yolu keçmişdir. Son illərin statistikasına nəzər salsaq, ÜDM ortalama olaraq üç qat artmış, yoxsulluq səviyyəsi ortalama olaraq 6 dəfə aşağı salınmış, ölkənin rifah səviyyəsi dəfələrlə artmışdır. Bütövlükdə Azərbaycanın sürətli inkişafı, ölkəmizin bir çox stratejik parametrlərini müəyyənləşdirir. Burada strateji hədəf iqtisadiyyatın dayanıqlığını artırmaq, rəqabət mühitini formalaşdırmaq və sosial-iqtisadi sabitliyi formalaşdırmaqdır.

2020-ci ildə dünya səviyyəsində başlayan pandemiya və daha sonra apardığımız 44 günlük müharibə də iqtisadiyyata təsirsiz ötüşmədi. Lakin bunlara baxmayaraq, iqtisadi dayanaqlığın güclü olması iqtisadiyyatda baş verə biləcək dalğalanmaların qarşısını aldı. İlk 9 ayın statistikasına nəzər salsaq, Ümumi Daxili Məhsul kəsirimiz cəmi 4%-in altındadır. Mərkəzi Bankın verdiyi makroiqtisadi məlumatlara əsasən, 2020-ci ilin 9 ayı ərzində inflyasiyanın orta həddi 2.4% təşkil edir. İlin sonuna qədər baş verəcək siyasi prosesləri də nəzərə alsaq, bu rəqəmin maksimum 2.7-2.8% olacağını ehtimal edirəm. Dövlət büdcəsinə daxilolmalara diqqət etsək, bu il əvvəlində proqnozlaşdırılan mədaxildən ortalama 207 milyon çoxdur. Stratejik olaraq düşünsək, valyuta ehtiyatlarımız 50 milyarddan çoxdur. Bir sözlə desək, bütün makroiqtisadi rəqəmlər göstərir ki, Azərbaycan istənilən riskin qarşısında güclü iqtisadiyyatı ilə durmağı bacarır".

E.Səfərli deyib ki, Azərbaycanın iqtisadi inkişafı, sosial-siyasi sabitliyə, beynəlxlaq müstəvidə əldə etdiyi nüfuzuna güclü təsir göstərməkdədir:

"2025-ci ilədək Azərbaycan Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə "yuxarı orta gəlirli ölkələr" arasında olması, iqtisadiyyatın neft və qaz asılılığından qaldırılması, habelə qeyri-neft sektorunun yüksək texnologiyalar vasitəsilə inkişaf etdirilməsi, insan kapitalının artırılması hədəflənir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Strateji Yol Xəritəsinin də əsas hədəfi müxtəlif sektorlar üzrə inkişafın təmin edilməsi istiqamətində xüsusi stratejik hədəflərin ortaya qoyulması, bu hədəflər doğrultusunda inkişaf traektoriyalarının müəyyənləşdirilməsi və tətbiq olunmasıdır. Bu baxımdan, Azərbaycanın iqtisadi inkişafı, sosial-siyasi sabitliyə, beynəlxlaq müstəvidə əldə etdiyi nüfuzuna güclü təsir göstərməkdədir.

Azərbaycan iqtisadiyyatının bu cür inkişafı beynəlxalq hesabatlarda da özünü göstərməkdədir. Dünya Bankının Doing Business Hesabatında Azərbaycan 2019-cu ildə 25-ci yerə yüksəlmişdir. Keçən ilin nəticələrinə əsəsən BMT inkişaf Proqramının hesabatında Azərbaycan "yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil olmuşdur".

Təhməz Əsədov


Etiketlər:  Azərbaycan istənilən riskin qarşısında güclü iqtisadiyyatı ilə durmağı bacarır Ekspert


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ