Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2020 17:26
Türkiyənin "Ankaragücü" klubunda daha iki nəfərdə COVİD-19 aşkarlanıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Superliqa klubunda bir futbolçu və bir klub işçisi koronavirusa yoluxub.
Buna qədər Ankara təmsilçisinin bir neçə futbolçusu virusa yoluxub və daha sonra isə sağalıb.
Qeyd edək ki, "Ankaragücü" sabah Superliqanın 14-cü turunda "Beşiktaş"la qarşılaşacaq.