Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2020 10:42
ABŞ-da koronavirusun qarşısını almaq üçün vurulan peyvənd əks təsir göstərib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Nyu-York şəhərində yaşayan səhiyyə işçisinə tətbiq edilən vaksin gözləntiləri doğrultmayıb.
Səhiyyə Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, "Pfizer" və "BioNTech" peyvəndi vurulan xanımda anidən allergiya yaranıb.
Qeyd edək ki, ötən həftə 5 vətəndaşda "Pfizer" vaksininə qarşı bu cür reaksiyaya rast gəlinib.