Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazi Aslan Dənizin şərəfli döyüş yolu - VİDEO

Qazi Aslan Dənizin şərəfli döyüş yolu - VİDEO

Tarix: 24 Dekabr 2020 11:46

Döyüşlər bitib, torpaqlarımız azadlıqdadır. Amma Vətən müharibəsində yaralanan leytenantımız hələ də özünü qınayır. Ona görə ki, döyüşlərdə sonuna kimi iştirak edə bilmədi. İgid qazi müharibə günlüyünü "XəzərXəbər"lə paylaşıb.

Sonxeber.net bildirir ki, Sizə Aslan Dənizdən danışacağıq. Vətən Müharibəsində canı və qanı ilə döyüşən qazi leytenantdan. Adı kimi daima kükrəyən, liderlik edən qorxmaz igidimizin döyüş yolundan.

Aslan Dəniz Mətləb oğlunun komandiri olduğu motoatıcı bölük Füzuli istiqamətində gedən döyüşlərdə ad qoyub. Düşmənin 30 ildir tikdiyi istehkamları bir-birinin ardınca göz qırpımında məhv edib. Minalanmış sahələri və texnikanın hərəkəti üçün qurulan maneləri dəf edən bölük düşmənin başına od ələyib.

Zabitimizi heyrətə gətirən məqamlardan biri də gənc əsgərlərin göstərdiyi şücaət olub. PDM-lərin sürücü və tuşlayıcıları verilən bütün tapşırıqlara o qədər çevik reaksiya verib, anında əməl ediblərsə, atdıqları hər mərmi düşmən sıralarını param-parça edirdi.

Öz aslanları ilə bu qədər qərur duyan bizim Aslan Dəniz dəfələrlə snayper gülləsinə, Tank Əlehinə Raketə tuş gəlsə də, yayınıb. Amma bir dəfə həyat qəhrəmanımızı möhkəm sınağa çəkib.

Qazimiz Vətən Müharibəsində göstərdiyi şücaətlərə görə "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edirik:


Etiketlər:  Qazi Aslan Dənizin şərəfli döyüş yolu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ