Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pandemiyadan ən çox zərər görən sahələr hansılardır? - VİDEO

Pandemiyadan ən çox zərər görən sahələr hansılardır? - VİDEO

Tarix: 24 Dekabr 2020 14:04

2020-ci il başa çatır. İlin ilk ayında insanların gözləntiləri bəlkə də, tam başqa cür idi. Ancaq başımızın üstünü qəfil alan koronavirus pandemiyası insan itkiləri ilə yanaşı, iqtisadiyyata da ciddi zərbə vurdu. Bütün dünyada iqtisadiyyatın əksər sektorlarında kəskin geriləmələr müşahidə olundu. Qlobal böhran elə ölkəmizdən də yan keçməyib. Mövzunu iqtisadçı ekspertlə davam etdirmişik.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, bütün dünyada olduğu kimi pandemiya Azərbaycanda iqtisadiyyatın bəzi sektorlarına da ciddi zərər vurub.

İqtisadçı Ekspert Rəşad Həsənov deyir ki, son 11 ayda ölkə iqtisadiyyatında 4,3 faiz kiçilmə qeydə alınıb. Halbuki, bu ilin ilk 2 ayında 3 faizə qədər artım müşahidə olunub. Pandemiya dövründə karantin rejiminin elan edilməsi, məhdudiyyətlərin tətbiq olunması və ölkələrarası sərhədlərin bağlanması bütün dünyada olduğu kimi Azərbaycanda da bir sıra sekrotlara təsirsiz ötüşməyib. Ekspertin sözlərinə görə bu dövr ərzində ən çox zərər çəkən sahə isə turizm olub. Bu ilin 11 ayı ərizndə bu sektorda 57 faiz geriləmə müşahidə olub.

İqtisadi geriləmə xüsusilə Hotel, restoran, şadlıq evlərinin fəaliyyətində özünü göstərib.
Pandemiyanın ən çox zərər vurduğu daha bir sahə isə tikinti sektorudur. Rəşad Həsənovun sözlərinə görə bu sektorda 11 faiz azalma müşahidə olunub. Bundan əlavə pərakəndə ticarət dövriyyəsi 1,7 faiz azalıb. Həmçinin, bəzi seqmentlər var ki, karantin qaydalarına uyğun olaraq onların fəaliyyəti tamamilə dayandırılıb.

Nəqliyyat sektorunda da vəziyyət ürəkaçan olmayıb. Pandemiya xüsusilə sərnişindaşıma fəaliyyətinə ciddi təsir edib. Bundan başqa durğunluq media sahəsində və reklam bazarında da özünü kəskin büruzə verib. Ən az zərər görən sahələr isə qida və kənd təsərrüfatı, habelə texnologiya istiqamətləri üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləridir.

Ancaq dövlətin gördüyü tədbirlər nəticəsində pandemiyanın əhaliyə təsiri azalıb. Ham də yalnız əhaliyə deyil! Bu müddət ərzində sahibkarlıq subyektləri də diqqətdən kənarda qalmayıb. Bu da ilin müvafiq aylarında tətbiq olunan sərt karantin tədbirləri zamanı onların daha az itki ilə qarşılaşmalarına şərait yaradıb.


Etiketlər:  Pandemiyadan çox zərər görən sahələr hansılardır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ