Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alman polisin hicablı qadına zorakılığı tənqid olundu - VİDEO

Alman polisin hicablı qadına zorakılığı tənqid olundu - VİDEO

Tarix: 24 Dekabr 2020 19:18

Alman polisi Vuppertal şəhərində hicablı qadının maska taxmadığını əsas gətirərək zorakılıq tətbiq edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, körpəsi ilə birlikdə stomatoloji klinikadan çıxan xanıma sərt müdaxilə olunaraq yerə uzadılıb və qolları qandallanıb.

Tibb işçiləri və küçədə olan vətəndaşlar məsələyə müdaxilə edib, polisin sərt reaksiyasını qınayıb. Həmin anlar lentə alınaraq KİV-də yayımlanıb. Polislə insidenti lentə alan vətəndaş arasında da qarşıdurma yaşanıb.

Ətrafdakıların reaksiyası artdığından polis qadını sərbəst buraxmalı olub.

Polis zorakılığına məruz qalan vətəndaş şikayətçi olacağını açıqlayıb.


Etiketlər:  Alman polisin hicablı qadına zorakılığı tənqid olundu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ