Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Snapdragon 888-ə sahib ilk smartfon

Snapdragon 888-ə sahib ilk smartfon

Tarix: 24 Dekabr 2020 19:56

Çoxlu sayda olmuş məlumat sızıntısından sonra Xiaomi şirkəti Mi 11 flaqman smartfon seriyasının təqdimat tarixini elan edib. Görünür, Xiaomi həqiqətən də Snapdragon 888-ə sahib ilk smartfonu təqdim edəcək şirkət olcaq. Beləliklə şirkətin təqdim etdiyi rəsmi posterə əsasən Mi 11 smartfon seriyası 28 dekabr tarixində təqdim olunacaq. Posterdə smartfonun hansısa texniki özəlliyinə işarə verilməyib. Qeyd etmək lazımdır ki, Mi 11 artıq bir sıra sertifikatlaşdırmadan keçib. Gözləntilərə əsasən bu smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K ekran, 12 GB RAM, 108 MP-lik kamera və 55 vatt gücündə sürətli şarj texnologiyası ilə təchiz olunacaq.

Milli.Az


Etiketlər:  Snapdragon 888 ə sahib ilk smartfon


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ