Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2020 21:56
"Apple" şirkəti 2024-cü ilədək qabaqcıl batareya texnologiyası ilə təchiz edilmiş sərnişin avtomobili istehsal etmək niyyətindədir. Bu barədə öz mənbələrinə istinadən "Röyters" agentliyi məlumat verib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, ABŞ şirkəti hələ 2014-cü ildə "Project Titan" kimi tanınan layihə çərçivəsində öz avtomobilinin hazırlanması ilə məşğul olmağa başlayıb. Məlumata görə, o vaxtdan etibarən şirkət bu istiqamətdə xeyli irəliləyib və indi öz müştəriləri üçün avtomobil istehsal etmək niyyətindədir. "Apple"ın planları hələ ki rəsmən açıqlanmayıb.