Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qubadlının azad edilməsi ilə Oleq Babakın ruhu şaddır - VİDEO

Qubadlının azad edilməsi ilə Oleq Babakın ruhu şaddır -  VİDEO

Tarix: 25 Dekabr 2020 12:20

Qəhrəmanlar dinindən, dilindən və millətindən asılı olmayaraq hər zaman bir amal üçün yaşayırlar. Haqq ədaləti bərpa etmək. 29 il əvvəl qubadlıda qəhrəmanca döyüşərək yüzlərlə azərbaycanlının həyatını xilas edən ukrayna vətəndaşı oleq babak da elə bu amal uğrunda öz həyatını qurban verdi.o azərbaycanlıları qətlə yetirmək istəyən 70 erməniyə qarşı son mərmisinə qədər döyüşdü. Elə bu şücaətinə görə də sovet ittifaqı qəhrəmanı adını alan sonuncu şəxs oldu. Bu gün isə onun ailəsinin ən sevincli günüdür. Oleqin vuruşduğu o torpaqlar azaddır.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Qubadlının Yuxarı Cibikli kəndininin sakinlərini mühasirədən çıxararaq şəhid olan sonuncu sovet ittifaqı qəhrəmanı Oleq Babakın ailəsi bu gün elə Qubadlılar qədər sevinclidir.

Oleq Babakı Qubadlının Yuxarı Cibikli kəndininin sakinlərinin hər biri çox yaxşı tanıyır. 7 aprel 1991-ci il tarixində Qubadlının Yuxarı Cibikli kəndində yerli sakinlərin ermənilər tərəfindən öldürülməsi xəbəri yayılandan sonra 24 yaşlı Oleq Babak SSSR Daxili İşlər Nazirliyinin 21-ci briqadasının tərkibində hadisə yerinə göndərilir. Burda yerli kənd camaatı ilə birgə erməni silahlılarının mühasirəsinə düşür. Oleq Babak Ermənilərin yerli sakinləri təhvil verib geri çəkilmək tələbinə məhəl qoymayaraq sona qədər onlarla döyüşür.

Bakı Slavyan Universitetinin müəllimi Yaşar Alxasov Ukraynada olduğu müddətdə sonuncu sovet ittifaqı qəhrəmanının ailəsini taparaq onlarla görüşür.Oleqin xilas etdiyi Qubadlı sakinlərinin adından ailəsinə təşəkkür edir.Qubadlının azad olunması isə hər bir Azərbaycanlı kimi Oleqin ailəsini də sevincə qərq edir.

Azərbaycanın Xarkovda fəxri konsulu Əfqan Salmanov Qubadlı azad olunan vaxt Oleqin ailəsinə baş çəkir və onların sevincinə şərik olur.

Qəhramanın anası Nadejda Baydak bu dəfə deyir ki,o oğlu ilə hər zaman fəxr edib.Onun oğlu heçvaxt dinc sakinlərin qətlinə göz Yuma bilməzdi.

Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində dəfn edilən Oleq Babakı Azərbaycan xalqı heçbir zaman unutmadır.Bu gün Oleqin ruhu da Qarabağda şəhid olan minlərlə şəhidlərimizin ruhu qədər şaddır.


Etiketlər:  Qubadlının azad edilməsi ilə Oleq Babakın ruhu şaddır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ