Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Başqa bölgələrimizin statusu necədirsə, Qarabağın da statusu elə olacaq''

''Başqa bölgələrimizin statusu necədirsə, Qarabağın da statusu elə olacaq''

Tarix: 25 Dekabr 2020 12:33

"Əslində Matvienkonun bu məsələlərə qarışması düzgün deyil. Çünki o, bu məsələlərdən o qədər də xəbərdar deyil".

Bunu Sonxeber.net-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Dağlıq Qarabağın statusu olmayacaq:

"Valentina Matvienko öz rəyini bildirib, rəyini də əsasən Rusiya prezidenti, Rusiya XİN rəhbəri bu mövzuda fikir söyləyiblər deyə onlardan geri qalmamaq üçün bildirib. Amma status bizi maraqlandırmır. Biz torpaqlarımızın böyük hissəsini azad etmişik. Qalan hissəsini də getdikcə azad edib, çalışacağıq ki, ermənilər Azərbaycan qanunlarını qəbul etsinlər, vəsiqələrimizi daşısınlar. Ona görə, hansı statusdan söhbət gedə bilər? Bizi status maraqlandırmır. Minsk Qrupu da status məsələsi ilə bağlı bölgəyə gəlmişdi, biz heç onların fikirlərini diqqətə almadıq.

Əlbəttə, o, belə fikirlər səsləndirə bilər. Əsas bizim istəyimiz, siyasətimiz nədir, ona baxmalıdır. Bizim siyasətimiz, istəyimiz ondan ibarətdir ki, Dağlıq Qarabağın statusu olmayacaq. Başqa bölgələrimizin statusu necədirsə, onun da statusu elə olacaq. Özü də nə status verək?! Kiçik bir yerdir artıq. Əvvəl 20% torpaqlarımızı işğal altında saxlayıb, böyük statusdan söhbət edirdilər, indi cəmi 5-7% ərazimizdə yaşayırlar. Artıq torpaqlarımızın böyük hissəsini azad etmişik və azərbaycanlılar o torpaqlara qayıdacaq. Biz niyə kiçik bir əraziyə hansısa bir status verməliyik?! Ona görə, bunu Valentina Matvienko özü üçün deyir və onun bu fikirlərinə çox da diqqət yetirmək lazım deyil".

Qeyd edək ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək üçün əlavə danışıqlar aparılmalı olduğunu qeyd edib. Valentina Matviyenko bu məsələdə Moskvanın Paris və Vaşinqtonun dəstəyinə ümid bəslədiyini bildirib.

Təhməz Əsədov


Etiketlər:  Başqa bölgələrimizin statusu necədirsə Qarabağın statusu elə olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ