Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan xalqına qeyri-adi təbrik - VİDEO

Azərbaycan xalqına qeyri-adi təbrik - VİDEO

Tarix: 25 Dekabr 2020 13:34

Ukrayna bəstəkarı Nikolay Leontoviçin ümumdünya tanınmış "Şedrik" əsəri artıq ikinci yüzillikdir ki Ukrayna mədəniyyətini yeni ölkələrə və şəhərlərə çatdıraraq dünya üzrə səyahət edir. 

Sonxeber.net bildirir ki, 100 il bundan öncə "Şedrik" nəğməsi ilk olaraq Ukrayna xorunun Şimali Amerikaya qastrolları zamanı səsləndirilib və dərhal "Carol of the bells" əfsanəvi mahnı kimi böyük populyarlıq qazanıb. 

Simvolikdir ki, düz yüz il sonra "Şedrik" Ukrayna nəğməsi əzəmətli və əsrarəngiz Qafqaz dağlarında səsləndirilmək üçün Köhnə Dünyaya geri döndü. 

İstedadlı Ukrayna musiqişünası Polina Desyatniçenko muğam sənətinə yiyələnmək üçün xüsusi olaraq Kanadadan Azərbaycana gəlmişdir. Polina Desyatniçenko, əməkdar artist Toğrul Əsədullayev, əməkdar artist Çinarə Heydərova, Vəfa Şirəliyeva, Şəfa Kərimova və Azad Əliməmmədovdan ibarət yeni yaradılmış Ukrayna-Azərbaycan tandemi "Şedrik Ukrayna nəğməsinin qədim Azərbaycan musiqi alətlərinin köməyi ilə yeni şəkildə səsləndirilməsinə imkan yaratmışdır. 

Ənənəyə görə, "Şedrik" Ukrayna nəğməsi yeni il bayramlarının yaxınlaşdığı barədə dünyaya xəbər verir. 

"Şedrik" və Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi dost Azərbaycan xalqını qarşıdan gələn Yeni İl bayramı münasibətilə ürəkdən təbrik edir və yeni 2021-ci ildə sülh, rifah və çiçəklənmə arzu edir!


Etiketlər:  Azərbaycan xalqına qeyri təbrik VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ