Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Transferə ən çox pul xərcləyənlər - 5 ilə 1 milyard avro

Transferə ən çox pul xərcləyənlər - 5 ilə 1 milyard avro

Tarix: 13 Iyul 2019 10:20

Avropada son 5 ildə transferlərə ən çox pul xərcləyən klubların siyahısı açıqlanıb.

Qol.az-ın "Voetbal İnternational" saytına istinadən yaydığı xəbərə görə, "Barselona" bu göstəricidə bütün komandaları qabaqlayıb. Kataloniya təmsilçisi 2014-ci ilin yayından bu yana yeni oyunçulara 1 milyard avrodan çox pul xərcləyib. Bu müddət ərzində ispanların oyunçu satışından qazancı isə 627 milyon avro olub.

Transferlərə ən çox pul xərcləyən ikinci klub 996 milyon avro ilə "Mançester Siti"dir. İlk üçlüyü 890 milyon avro ilə digər ingilis təmsilçisi "Mançester Yunayted" tamamlayır.


İlk onluq isə bu cürdür:


1. "Barselona" - 1.08 milyard avro

2. "Mançester Siti" - 996 milyon avro

3. "Mançester Yunayted" - 890 milyon avro

4. "Çelsi" - 875 milyon avro

5. "Yuventus" - 868 milyon avro

6. "Atletiko" - 800 milyon avro

7. PSJ - 773 milyon avro

8. "Real" - 755 milyon avro

9. "Liverpul" - 714 milyon avro

10. "Roma" - 586 milyon avro

 


Etiketlər:  Transferə çox xərcləyənlər ilə milyard avro


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ