Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2019 11:48
Bakı. Trend:
2019-cu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 53 943 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə təmin olunub. Onlardan 18877-ni qadınlar təşkil edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu dövrdə gənclərin əmək bazarına çıxşının dəstəklənməsi, onların səmərəli məşğulluğuna şərait yaradılması işləri də davam etdirilib. Gənclərlə bağlı aktiv məşğulluq tədbirləri geniş miqyas alıb. Yanvar-iyun aylarında Xidmətin xətti ilə işlə təmin edilənlərdən 12148-i gənclər olub.
Həmçinin, cari ilin birinci yarımilində Dövlət Məşğulluq Xidməti tərəfindən məşğulluğu təmin edilən vətəndaşların 3171-ni məcburi köçkünlər, 1543-nü isə əlilliyi olan şəxslər təşkil edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin