Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2020 18:57
CBC Sport kanalında efirə gedən "Türkiyədən futbol" verilişində qonaq olan Super Liqa təmsilçisi "Ç.Rizəspor" klubunun prezidenti Həsən Kartal Azərbaycanın İkinci Vətən müharibəsində qazandığı qələbə münasibətilə xalqımıza təbriklərini çatdırarkən göz yaşlarına hakim ola bilməyib.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Klub prezidenti deyib ki, Qarabağ mövzusu, sadəcə, Azərbaycanın deyil, hər bir türkü maraqlandıran məsələdir:
"Ona görə də, qazanılan zəfər hər bir türkü çox sevindirib. Siz və biz deyə ayrı-seçkilik yoxdur, hamımız birik. Milli məsələ olduğu üçün bu mövzuda danışarkən özümü saxlaya bilmirəm, qəhərlənirəm. İnşallah bundan sonra türk milləti heç zaman zərər görməz, dünyada ancaq uğur qazanar. Azərbaycanda və ya Türkiyədə yaşayan türk deyə bir şey yoxdur. Türklər bütövdür, birdir".