Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zidan "Real"ın düşərgəsini tərk edib İspaniyaya qayıtdı - SƏBƏB?

Zidan

Tarix: 13 Iyul 2019 14:28

Bakı. trend:

"Real"ın baş məşqçisi Zinəddin Zidan hazırda Kanadanın Monreal şəhərində hazırlıq prosesində olan komandasının düşərgəsini tərk edib.

Trend-in məlumatına görə, mütəxəssis ailə vəziyyəti səbəbindən İspaniyaya qayıdıb. Onu məşq zamanı köməkçisi David Bettoni əvəzləyəcəyi bildirilib.

Zidanın Beynəlxalq Çempionlar kubokunda iyunun 20-i keçiriləcək "Bavariya" ilə oyuna kimi düşərgəyə qayıdacağı gözlənilir.


Etiketlər:  Zidan Realın düşərgəsini tərk edib İspaniyaya qayıtdı SƏBƏB


RƏYLƏR