Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2020 11:36
Koronavirus ştammının başqa bir mutasiya olunmuş versiyası Afrika ölkəsi Nigeriyada tapılıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bundan əvvəl İngiltərə və Cənubi Afrikada aşkarlanan mutasiya olunmuş ştammlar onların beynəlxalq səviyyədə təcrid edilmələrinə səbəb olub.
Cəmi bir neçə gün əvvəl Böyük Britaniya alimləri bildiriblər ki, onlar sentyabr ayında Kent qraflığında koronavirusun yeni mutasiya edilmiş versiyasını aşkar ediblər. Alimlərin hesablamalarına görə, 70 faiz daha yoluxdurucu olan məhz bu ştamm dekabrın 2-də ümummilli karantin bitdikdən sonra İngiltərədə COVID-19-a tutulma hallarının kəskin sıçrayışına gətirib çıxarıb. Nəticədə hakimiyyət orqanları yenidən Londonda və bəzi digər regionlarda sərt məhdudiyyətlər tətbiq etməyə məcbur olub. İndi isə bununla bağlı Milad bayramı ərəfəsində sayca üçüncü ümummilli lokdaunun zəruriliyi müzakirə olunur.
İngilis alimləri vurğulayıblar ki, yalnız onların bu sahədəki yüksək peşəkarlığı sayəsində mutasiya edən ştammı ilk olaraq tapmaq mümkün olub və bu heç də o demək deyil ki, sözügedən ştamm əvvəl məhz Böyük Britaniya ərazisində peyda olub. Bu sözlərin təsdiqi olaraq qeyd edək ki, COVID-19-un oxşar mutasiyadan olan versiyası Cənubi Afrika Respublikasında aşkar edilib. Bu arada dərhal onlarla ölkə dumanlı Albionla, daha sonra isə Cənubi Afrika ilə hava əlaqələrini kəsib.
Afrikanın Xəstəliklərə Nəzarət və onların profilaktikası Mərkəzinin rəhbəri Con Nkengasong Nigeriya ərazisində koronavirusun mutasiya edən P681H adlı daha bir ştammını müəyyən ediblər. Bu ştammın Böyük Britaniya və Cənubi Afrikada aşkarlanmış digər mutantlardan fərqləndiyi bildirilir. Qeyd edək ki, hələlik həkimlər P681H adlı Nigeriya ştammının daha yoluxucu olmasına əmin deyillər. Bu baxımdan onun araşdırılması üçün daha çox vaxt tələb olunur.