Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransa millisini çalışdırmış məşqçi 10 il sonra yenidən klub başına keçdi

Fransa millisini çalışdırmış məşqçi 10 il sonra yenidən klub başına keçdi

Tarix: 27 Dekabr 2020 17:08

Fransa Liqa 1 klubu "Nant" komandanın başına Raymon Domeneki gətirib.

Sonxeber.net Offsideplus.az-a istinadən xəbər verir ki, təxminən 10 il sonra yenidən kluba baş məşqçilik edən Domenek ilə mövsümün sonunadək müqavilə bağlanıb. 68 yaşlı mütəxəssisin yeni klubu ilə ilk oyunu yanvarın 6-da "Renn"ə qarşı olacaq.

Qeyd edək ki, Raymon Domenek 2004-2010-cu illərdə Fransa millisinə rəhbərlik edib. Bundan əlavə, o, "Lion", PSJ, "Strasburq"  kimi klubların çalışdırıcısı olub.


Etiketlər:  Fransa millisini çalışdırmış məşqçi sonra yenidən klub başına keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ