Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2020 19:20
Litvada neft terminalındakı qəza zamanı Baltik dənizinin təxminən bir kvadrat kilometr ərazisi neft məhsulları ilə çirklənib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Litvanın ətraf mühit naziri Simonas Gentvilas deyib.
Məlumata görə, neft məhsullarının suya axması yükləmədə istifadə edilən xortum qolunun qırılması nəticəsində baş verib. Qəza bazar ertəsi Litvanın Butinge şəhərində yerləşən neft terminalında alınıb.