Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2020 11:44
Şəhidlik ən uca zirvə, şəhidlər isə o zirvənin fatehləridir. İndi sizə bu fatehlərdən birindən, polkovnik - leytenant Anar Əliyevdən bəhs edəcəyik. Müharibə onun uşaqlığını əlindən almışdı. O isə nəinki özünün uşaqlığı əlindən alınan digər köçkün həyatı yaşayan azərbaycanlıların da qisasını düşməndən aldı. Gözündən yaralanana qədər mübarizəsini davam etdirdi. Canından keçdi lakin uğrunda döyüşdüyü yüksəkliyi əldən vermədi.
Neçə canlar, neçə arzular puç oldu bu 44 gündə...Amma məqsəd, amal bir idi.Arzular yarımçıq qalsa da, vətən bütöv olsun.
Bu bir ananın şəhid balası üçün son istəyidir. Amma həm də qəlbi elə vətən boyda geniş bir ananın ümmansız yurd sevgisidir.
Bu azadlığı təmin edən, Böyük vətən müharibəsində tarix yazan fatehlərdən biri Anar Əliyevdir qəhrəmanımız.
Sonxeber.net xezerxeber.az-a istinadən xəbər verir ki, polkovnik-leytenant Əliyev 1980-ci ildə Kəlbəcərin Boyatlı kəndində anadan olub. Valideyinlərinin iş yeri ilə əlaqədar, 1981 çi ildə Ağdərənin Levonar kəndinə köçüblər. Elə ordaca birinci sinifə qədəm qoyub Anar. 1988- çi ilin avqust ayı gələcək zabitin bütün həyatına möhürünü vurub.Təkcə həyatına deyil həm də, kiçik qəlbinə də, bəzi sənədlərinə də....Çünki məcburi köçkün adlanıblar o gündən...Erməni terroru nəticəsində ailə Tərtərin Bəyimsarov kəndində məskunlaşıb.
Odur ki, Böyük vətən müharibəsinin başlanmasının 4 gözlə şntşzarında olub Anar...Uşaqlıq arzularını reallaşdıracağı anın başladığına əmin olan Polkovnik-Leytenant Əliyev bir neçə istiqaməntdə qəhrəmancasına vuruşub. Sonuncu və ən çətin döyüşü isə oktyabrın 21-ı- Xocavənd rayonu istiqamətində olub.
Yoldaşları onun əmanətinə sadiq qalaraq, yüksəkliyi düşmənə verməyiblər. Elə bu döyüşdən sonra Anar yeni, ən müqəddəs yüksəkliyə-şəhidliyə yüksəlib. İki övladı qalıb qəhrəmanımızın...Ruhu şad olsun, çünki bu əmanəti göz bəbəyimiz kimi qorumaq sırası ind bizdədir. Elə Anarın vətəni qoruduğu kimi!