Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Böyük Britaniya Azərbaycandan nümunə götürür - Döyüş dronları alır

Böyük Britaniya Azərbaycandan nümunə götürür - Döyüş dronları alır

Tarix: 30 Dekabr 2020 11:48

Böyük Britaniya hərbçiləri pilotsuz uçan aparatların yaradılması üçün yeni bir proqram həyata keçirməyə başlayacaq. Onlar bu texnologiyadan Azərbaycanın Ermənistanı Dağlıq Qarabağ münaqişəsində məğlub etməsi üçün istifadə etməsini öyrəndikdən sonra belə qərara gəliblər.

Sonxeber.net bu haqda The Guardian-a istinadən xəbər verir.

Müdafiə Nazirliyi səlahiyyətliləri hesab edirlər ki, payız müharibəsi dövründə Azərbaycanın daha ucuz Türk pilotsuz aparatlardan istifadə etməsinin "ermənilərə qarşı mübarizədə həlledici rol oynadığını və ərazilərə nəzarəti verməyə məcbur etdiklərini təmin edib".

Müdafiə Nazirliyindəki mənbələr Böyük Britaniyanın 2021-ci ilin əvvəlində təqdim ediləcək beşillik müdafiə planının bir hissəsi olaraq daha ucuz pilotsuz aparatlar almaq istədiyini əlavə etdi.

Bu ayın əvvəlində Böyük Britaniyanın Müdafiə naziri Ben Uollas Türkiyənin TB2 pilotsuz aparatlarının hərbi uğurun səbəblərindən biri olduğunu söyləyib. O əlavə edib ki, dronlar "yüzlərlə zirehli texnikanın və hətta hava hücumundan müdafiə sistemlərini məhv ediblər", ondan başqa Dağlıq Qarabağ müharibəsində onların bir çox insanı öldürdüklərini göstərən video dəlillər də var.

Oktyabrın ortalarında Twitter və Telegram-da TB2-nin erməni mövqelərinə endirdiklərini əks etdirən görüntülər ortaya çıxıb.

Analitiklərin hesablamalarına görə, "Baykar Makina"nın TB2 pilotsuz aparatların hər biri yalnız 1-2 milyon dollara başa gəlir və bu, 20 milyon dollarlıq ABŞ-ın yeni nəsil Protector-larından xeyli azdır.

TB2 pilotsuz aparatların 150 km-ə qədər daha qısa bir uçuş məsafəsi var, lakin onlar 24 saata qədər havada qala bilir. Ucuz olduqları üçün hərbçilər döyüşlərdə onlardan bəzilərinin itməsi ilə razılaşa bilərlər.

Yayda, münaqişə başlamazdan əvvəl Azərbaycan bəzi hesablamalara görə, Türkiyədən 20-dən çox TB2 satın aldı və onları sürətli və səmərəli şəkildə yerləşdirdi.

Birləşmiş Xidmətlər Kral İnstitutundan professor Maykl Klark "Azərbaycanlıların pilotsuz aparatlardan istifadə etməsi böyük əhəmiyyət kəsb etdi" deyib.

Aslan Məmmədov


Etiketlər:  Böyük Britaniya Azərbaycandan nümunə götürür Döyüş dronları alır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ