Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2020 18:33
Bakı. Trend:
8 yanvar 2021-ci il saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti olaraq dayandırılacaq.
Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, sorğuların qəbulunun müvəqqəti dayandırılması II yarımil üzrə siniflərin komplektləşdirilməsi ilə bağlıdır.
Portalda mövcud sorğuların tamamlanması prosesi 13 yanvar 2021-ci il saat 18:00-dək davam edəcək.Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər.
Proqram təminatının açılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.