Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2020 19:50
Ermənistan Azərbaycana Syunik rayonunun Karaunj kəndinin onlarla hektar ərazisini və ərazisində yerləşən Su elektrik stansiyasını qaytaracaq.
Sonxeber.net erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Goris Şəhər Bələdiyyə sədrinin müavini Menua Hovsepyan deyib.
Onun sözlərinə görə, söhbət 30 hektar bağçadan gedir.
Eyni zamanda, Hovsepyan, Ermənistan hökumətinin onlarla əlaqə yaratmadığından və mövcud vəziyyəti izah etmədiyindən şikayətləndi.
Qeyd edək ki, bu ərazilər Ermənistan SSR-in keçmiş sərhədlərindən kənarda, Azərbaycanın Zəngilan rayonu ərazisindədir. Yəni, Azərbaycan suveren ərazisi üzərində nəzarəti bərpa edir.
Aslan Məmmədov