Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkimlər koronavirusun xəbərçisi olan simptomu açıqladı

Həkimlər koronavirusun xəbərçisi olan simptomu açıqladı

Tarix: 30 Dekabr 2020 22:06

COVID-19 iştahsızlıq, ürəkbulanma, qusma və ishal daxil olmaqla yüngül mədə-bağırsaq simptomlarına səbəb ola bilər.

Sonxeber.net xəbər verir ki, bu barədə ABŞ-ın Mayo Klinikasının həkimləri məlumat verib.

Bununla birlikdə xəstəliyin bu əlamətləri çox görülmür və mütəxəssislər yalnız bir gün davam edə biləcəyini söyləyiblər. Bəzi xəstələrdə ishal və ürəkbulanma qızdırma, öskürək, dadbimə və iybilmə qabiliyyətinin yox olması kimi koronavirus simptomları başlamazdan əvvəl ortaya çıxır.

Tədqiqat zamanı mütəxəssislər COVID-19 testi pozitiv çıxan 116 nəfərin tibbi qeydlərini araşdırıb və demək olar ki, üçdə birində həzm pozuntusu aşkar olunub.

Həkimlər xatırladıblar ki, ürəkbulanma və ishal bir sıra digər xəstəliklərə də işarə edə bilər. Məsələn, qrip, miqren, depressiya, mədə-bağırsaq xəstəlikləri və ya müxtəlif dərmanların əks təsiri ola bilər. (publika.az)


Etiketlər:  Həkimlər koronavirusun xəbərçisi olan simptomu açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ