Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"YouTube" və "Instagram" ulduzu qəzada öldü

Tarix: 14 Iyul 2019 17:28

Bakı. Trend:

Tanınmış britaniyalı bloger Emili Hartric 35 yaşında yol qəzası nəticəsində həlak olub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, E.Hartric Londonda öz evi yaxınlığında elektrik skuterdə yük maşını ilə toqquşub.

"YouTube" və "Instagram" ulduzu hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Emili Hartric "YouTube"dakı bloqu (340 min izləyici) və "Instagram" hesabı (50 min izləyici) sayəsində tanınıb. E.Hartricin bloqunun əsas mövzuları "lifestyle" (həyat tərzi) və sağlam həyat tərzi olub. "YouTube" və "Instagram" ulduzu tez-tez məşqlərdən foto və videolar, həmçinin səyahətlərdən vloqlarla paylaşırdı.


Etiketlər:  YouTube Instagram ulduzu qəzada öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ