Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mançester Yunayted'' İngiltərə çempionatında məğlubiyyətsiz seriyanı 10 oyuna qədər uzadıb

''Mançester Yunayted'' İngiltərə çempionatında məğlubiyyətsiz seriyanı 10 oyuna qədər uzadıb

Tarix: 2 Yanvar 2021 07:00

Bakı. Trend:

"Mançester Yunayted" İngiltərə Futbol çempionatının 17-ci turunda doğma meydanında "Aston Villa"nı məğlub etdi.

Trend-in məlumatına görə, görüş 2:1 hesabı ilə başa çatıb.

Qaliblərin heyətində qolları Antoni Marsyal (40-cı dəqiqə) və Brunu Fernandeş (61, penaltidən), məğlub olan komandasında isə Bertrand Traore (58) vurub.

Turnir cədvəlində klub 33 xal toplayaraq ikinci yerdədir. Komanda "Liverpul"dan yalnız əlavə göstəricələrə görə aşağı pillədədir.

"Aston Villa" altı oyunda ilk məğlubiyyətini alıb. Klub 26 xalla altıncı sıradadır.


Etiketlər:  Mançester Yunayted İngiltərə çempionatında məğlubiyyətsiz seriyanı oyuna qədər uzadıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ