Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2021 22:03
Bakı. Trend:
"Yaxın 3 gün ərzində ölkə ərazisində mülayim, xoş və əsasən yağmursuz hava şəraiti davam edəcəyi gözlənilir".
Trend-in məlumatına görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O bildirib ki, səhər saatlarında bəzi dağlıq ərazilərdə duman düşəcəyi ehtimalı var.
"Qərb istiqamətli, 5-10 m/s sürətli külək əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə -1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10 dərəcəyə yaxın isti gözlənilir. Dağlıq rayonlarda gecə 5-7 dərəcə şaxta, gündüz isə isə 3-8 dərəcəyədək isti gözlənilir.
Bakıda və Abşeron yarımadasında ayın 3-ü və 4-nə keçən gecə yarımadanın bəzi ərazilərində çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi 7-12, arabir 15 m/s, havanın temperaturu səhər saatlarınd a5 dərəcəyə yaxın, gündüz isə +9-10 dərəcə yaxın olacağı gözlənilir".
U.Tağıyeva qeyd edib ki, Qarabağda Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir:
"Yanvarın 3-dən 6-dək qərb küləyi 5-10 m/s, gündüz saatlarında arabir 15 m/s olacaq. Havanın temperaturu gecə -5-6 dərəcə, gündüz isə 8 dərəcəyə yaxın isti olacaq".