Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2021 20:27
Karantin günlərində ac qalmaq, pəhriz və zəif qidalanmaq olmaz. Pəhriz saxlayanlar bunu dayandırmalıdır.
Sonxeber.net koronavirusa qarşı düzgün qidalanma rasionu nümunəsini təqdim edir.
Səhər: Mütləq 1ədəd kənd yumurtası
Suda bişmiş kartof, yarma, buğda, qarabaşaq sıyığı, suda bişmiş toyuq əti, ağ və sarı pendir, şor, kəsmik., mütləq kərə yağı 20 qr
Çovdar çörəyi, lavaş
İstənilən tərəvəzdən yüngül salat
Çay, qəhvə, adi su
Bunlardan 3-4-nü seçib, hər səhər gündəlik yeyə bilərsiz. Hamısını yemək vacib deyil.
Şirniyyat, şirələr, kolbasa, sosis, qablaşdırılmış qidalar, konserv, yağlı yemək, hazır səhər yeməkləri olmaz
Nahara qədər: yaşıl çay, su, meyvə şirəsi, alma, banan, quru meyvə, xurmadan birini yeyə bilərsiz
Günorta yeməyi: mütləq şorba -ətli, tərəvəzli və ya paxlalı: lobya, mərci, noxud şorbası
Toyuq və ya mal əti+ qarnir, tərəvəz
Göyərti və tərəvəz salatı zeytun yağı ilə
Çuğundur salatı, sobada kotlet, soyutma ət, balıq və s.
Yaşıl çay, ayran
Günorta mütləq yaxşı yeməlisiz və kalori almalısız.
Günaşırı atışdırmalıq: meyvə, yaşıl çay, yoqurt, quru meyvələr
Axşam yeməyi: ətli salat və ya sadəcə bol göyərtili, tərəvəzli salat: məsələn, kələm, gül kələmi, brokkoli salatı
Balıq və ya qaraciyər, mal əti, quzu əti sobada tərəvəzli
Balqabaqlı plov, mərci plov və s
Bunları da çox az yeməlisiz
Axşam mütləq bir kasa qatıq yeyin
Yaşıl çay, kompot içə bilərsiz
Qeyd edək ki, bu yeməklərdən bir növünü hazırlayıb həmin gün qəbul edə bilərsiz.
Uşaqları və yaşlıları da doyunca və müxtəlif qidalarla yedizdirin
Diqqət: virus dövründə bütün günü və yeməkdən dərhal sonra isti çay, kompot, kofe içmək olmaz. Çay və qəhvənin qəbulunu azaldın. Mayelər yeməkdən 1 saat əvvəl və ya 1-2 saat sonra içilməlidir. /medicina.az