Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun yeni ştammı daha bir ölkədə aşkar olundu

Koronavirusun yeni ştammı daha bir ölkədə aşkar olundu

Tarix: 4 Yanvar 2021 16:10

İlk dəfə Böyük Britaniyada aşkarlanan koronavirusun mutasiya olunmuş növü bu dəfə Yunanıstanda ortaya çıxıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Yunanıstanın "Antenna" telekanalı xəbər verib.

Kanalın məlumatına görə, koronavirusun mutasiya olunmuş növü Afina Akademiyasının Tibbi Texnoloji Tədqiqatlar İnstitutuna təqdim olunan testlərdə aşkarlanıb. Ştammın dörd nümunədə müəyyən olunduğunu açıqlayan kanal qeyd edib ki, bu yaxınlarda ölkədə tətbiq olunan geniş miqyaslı sərt karantin tədbirlərinin məhz sözügedən növün aşkarlanması ilə əlaqəlidir.

Xatırladaq ki, şənbə günü Yunanıstan Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Stelios Petsas Yunanıstanda qüvvədə olan ümumi karantin tədbirlərinin 11 yanvar tarixinə qədər daha da sərtləşdiriləcəyini açıqlamışdı.

Milli.Az


Etiketlər:  Koronavirusun yeni ştammı daha ölkədə aşkar olundu


RƏYLƏR