Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2021 22:12
2020-ci ildə ABŞ Prezidenti postu uğrunda mübarizədə məşhurlaşan Endrü Yanq 2021-ci ildə Nyu-York meri vəzifəsinə namizədliyini irəli sürmək niyyətində olmasını rəsmi şəkildə bildirib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Yanqın Nyu-York meri olmaq planları barədə ehtimallar Amerika mətbuatında dəfələrlə yayılıb. Lakin Nyu-Yorkun seçki kampaniyalarının maliyyələşdirilməsi üzrə Şəhər Şurası yalnız bu həftə təsdiqləyib ki, Yanq öz seçkiqabağı kampaniyasını qeydiyyatdan keçirib.
Yanqın siyasi məsləhətçisi olan Kris Koffun sözlərinə görə, kampaniya hələ ki, maliyyə ianələri qəbul etmir. Yanqın potensial opponentləri siyahısına şəhər nəzarətçisi Skott Stringer, Bruklin rayonunun rəhbəri Erik Adams, mer Bill de Blazionun sabiq hüquq məsləhətçisi Mayya Vili, mənzil məsələləri və inkişaf üzrə sabiq katib Şon Donovan, Şəhər Şurasının üzvü Karlos Mençak və "Citigroup"un rəhbəri Rey Makquayer daxildir.
Demokratlar Partiyasından olan Yanq Prezident seçkiləri zamanı partiyadaxili seçkilərdə ümumi baza gəlirini dəstəkləyəcəyi ilə ictimaiyyətin diqqətini çəkmişdi. Bu plana görə əmək qabiliyyətli hər amerikalı hər ay 1000 dollar almalı idi.