Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 12 yaşlı qız itkin düşdü - FOTO

Bakıda 12 yaşlı qız itkin düşdü - FOTO

Tarix: 5 Yanvar 2021 10:02

Bakı. Samir Əli - Trend:

Paytaxtda azyaşlı qız itkin düşüb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, paytaxtın Nizami rayonu ərazisində yaşayan 12 yaşlı Ləman Şahbazova 2021-ci ilin yanvarın 4-də Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan nənəsinin evindən dükana getmək adı ilə çıxaraq geri qayıtmayıb.
Evdən çıxarkən əynində göy cins şalvar, qara rəngli idman ayaqqabısı və çəhrayı gödəkçə olub.
Şəkildə gördüyünüz qızı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin Sabunçu Rayon Polis İdarəsinə (012) 425-02-02 şəhər və (055) 305-10-10 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Bakıda 12 yaşlı qız itkin düşdü - FOTO - Gallery Image


Etiketlər:  Bakıda yaşlı qız itkin düşdü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ