Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Suqovuşan fatehi Elmin Quluzadə adını qəhrəmanlıq tarixinə yazdı - VİDEO

Suqovuşan fatehi Elmin Quluzadə adını qəhrəmanlıq tarixinə yazdı -  VİDEO

Tarix: 5 Yanvar 2021 16:00

Suqovuşan fatehlərindən olan Elmin Quluzadənin qəhrəmanlıq yolundan danışacağıq. Onun arzusu torpaqlarımızı işğaldan azad etmək olub. Məhz bu arzu onu Suqovuşana yetirdi. Şəhidliyə yüksəltdi. Elmin Quluzadə Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə düşmənin müdafiə xəttini yarıb, istehkamlarını məhv edib və qarşı tərəfə ağır zərbələr endirib.

Elminin düşmənə nifrəti, vətənə sevgisi onu ikinci Qarabağ müharibəsinə göndərdi. Sevərək döyüşlərə qatılan Tərtərli gənc adını qəhrəmanlıq tarixinə yazdı.

Arzularını qəlbinə sığdıran Elminin ən böyük arzusu vətən idi. Elə vətəni üçün də canını fəda etdi. İndi isə valideynlərinin, bütün insanlarının fəxri, and yerinə çevrilib.

Tərtər rayonunun Kəngərli kənd sakini Elmin Quluzadə Sentyabrın 21 könüllü olaraq döyüşə yollanıb. Cəbhənin Ağdam və Tərtər rayonlarını istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə düşmənin müdafiə xəttini yarıb, istehkamlarını məhv edib və ağır zərbələr endirib.

Elminİn sonuncu zəngi qardaşı Eminlə olub. Hətta ona telefonda özüdə bilmədən vəsiyət edib

Elmin Quluzadə öz adını Vətən müharibəsi tarixinə silinməyəcək hərflərlə yazdı. Şəhidimiz doğulub boya -başa çatdığı Tərtər rayonunda dəfn edilib.

Milli.Az xezerxeber.az-a istinadla mövzu ilə bağli videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Suqovuşan fatehi Elmin Quluzadə adını qəhrəmanlıq tarixinə yazdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ