Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2021 02:00
Bakı. Trend:
Yeni koronavirusa qarşı peyvəndlərin geniş miqyaslı paylanması şərti ilə qlobal iqtisadiyyat 2021-ci ildə 4 faiz artacaq, lakin bunun davam etməsi üçün əlavə investisiyalara ehtiyac var.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Dünya Bankının (WB) yaydığı məlumatda deyilir.
"COVID-19" peyvəndinin buraxılması üçün ilkin səylərin il ərzində geniş miqyas alması şərti ilə, 2021-ci ildə dünya iqtisadiyyatının 4 faiz artacağı gözlənilir" - sənəddə deyilir.
Təşkilatta qeyd edildiyi kimi, iqtisadi fəaliyyətin və vətəndaşların rifahının azalması baxımından koronavirusun verdiyi ziyandan qaynaqlanan və uzun müddət bu səviyyədə qalacaq vəziyyət iqtisadi artıma baxmayaraq gərgin qalacaq.
"Qısa müddətli siyasət prioritetləri koronavirusun yayılmasına nəzarət və peyvəndlərin sürətli və geniş paylanmasını təmin etməkdir. İqtisadi dirçəlişi dəstəkləmək üçün səlahiyyətlilər dövlət xərclərindən daha az asılı olacaq davamlı artmanın qorunmasına yönəlmiş təkrar investisiya dövrünü dəstəkləməlidirlər", - bank iqtisadçıları hesab edirlər.