Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan iqtisadi ümid indeksinə görə ən yüksək nəticə göstərən ölkələrdən biri olub

Azərbaycan iqtisadi ümid indeksinə görə ən yüksək nəticə göstərən ölkələrdən biri olub

Tarix: 6 Yanvar 2021 14:52

Bakı. Orxan Nəbiyev - Trend:

Azərbaycan 2021-ci il üçün iqtisadi ümid indeksinə görə ən yüksək nəticə göstərən ölkələrdən biri olub.

Trend-in məlumatına görə, bu barədə “Gallup International” agentliyinin keçirdiyi rəy sorğusunda deyilir.

Sorğuya əsasən, dünya əhalisinin 25 faizini 2021-ci ildə iqtisadi çiçəklənmə gözləyir, 46 faizi isə problemlərə hazırlaşır.

Ölkələr sırasında iqtisadi ümidin ən yüksək indeksi Nigeriyada (58 faiz), Azərbaycan (47 faiz) və Vyetnamda (45 faiz) qeydə alınıb.

İqtisadi ümidsizlik baxımından liderlər sırasında Böyük Britaniya, Bolqarıstan və İtaliya yer alıb.


Etiketlər:  Azərbaycan iqtisadi ümid indeksinə görə ən yüksək nəticə göstərən ölkələrdən biri olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ